Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

16 Oktyabr 2017 - 14:36

Azərbaycanda böhtana görə cəza sərtləşdirilir

1488740036_845b5b0b5d78bcac6dfd39ffd2834aec

Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur.

Gununsesi.info-nun apa-ya istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir.

Təklifə əsasən, böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası var.

Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Gununsesi.info





loading...