Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Sentyabr 2017 - 15:08

Azərbaycanda enerji səmərəliliyinin təmin olunduğu ilk  “yaşıl” dövlət binaları istifadəyə verilib
bina
Bu gün Sumqayıt şəhərində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan ilk “yaşıl” dövlət binalarının açılış mərasimi keçirilib.
Bu barədə Gununsesi.info-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) layihəsi çərçivəsində modifikasiya edilmiş enerji səmərəliliyinə malik olan binalardan ən azı 400 nəfər yararlanacaq.
BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi, BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Qulam İshaqzai və ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev açılış mərasimində iştirak ediblər.
Təqribən 20 faiz daha az enerji istifadə edəcək xidməti binalara kompleks bina layihələndirilməsi yanaşmasının prinsiplərinə uyğun olaraq modifikasiyalar edilmişdir. Bu binalar dövlət binalarında enerji istehlakının azaldılmasını nümayiş etdirən qabaqcıl nümunə təşkil edəcəkdir.
“Azərbaycanda dövlət binalarında enerji səmərəliliyi baxımından böyük qənaət potensialı mövcuddur. Dünyanın müxtəlif yerlərində enerji səmərəliliyinə dair böyük təcrübəyə malik BMTİP-in dəstəyilə, bu pilot fəaliyyət dövlət sektoru üçün model təşkil edə bilər” – deyə, BMT-nin Rezident əlaqələndiricisi bildirib.
Xidməti binaların texniki xüsusiyyətlərinə enerji səmərəliliyinə malik pəncərələr, döşəmə isidici sistemlər, enerji baxımından səmərəli havalandırma sistemləri, dekorativ fasad örtüyü təbəqəsi, termoizolyasiya sistemləri və günəş enerjisi sistemləri daxildir.
NAMA layihəsini Qlobal Ətraf Mühit Fondu, BMTİP və ARDNŞ maliyələşdirir.
Mürtəza
Gununsesi.info




loading...