Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

13 Oktyabr 2017 - 16:00

Azərbaycanda internet problemi hava ilə bağlı imiş
59e0ab541a0c0_1447763288_slow-internet-speed
“Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir”.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bunu “Bakcell” şirkətinin icraçı direktoru Nikolay Bekers deyib. Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: “Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər”.
N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.
O vurğulayıb ki, bu problemin qarşısının alınması üçün şirkət tərəfindəm 3G əhatə dairəsinin artırılması ilə bağlı işlər həyata keçirilib: “20-30 kilometrlik əhatə dairəsi olan bir baza rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Biz tikinti və genişləndirmə zamanı yüksək keyfiyyətli avadanlıqdan istifadə edirik. Bu gün artıq demək olar ki, biz şəbəkənin əhatə səviyyəsinə görə yüksək göstəricilər əldə etmişik”.

Gununsesi.info





loading...