Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

14 Noyabr 2017 - 15:06

“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə aparılıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin növbətisi Sumqayıtda keçirilib.

Gununsesi.info-nun xəbərinə görə müzakirə zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov və Sumqayit Şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov çıxışlar ediblər. Onlar bildiriblər ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır.

Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının da inkişafı üçün potensiala malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar Abşeron iqtisadi rayonunda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, bu bölgənin şirkətləri Azexport.az portalı vasitəsilə qeyri-neft sektoru məhsullarına sifarişlər alırlar.

İctimai müzakirələr zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə prezentasiyalar təqdim ediblər. Tədbirdə Vergilər nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, Abşeron iqtisadi rayonunun sənaye, turizm, nəqliyyat və aqrar sahədəki potensialının daha səmərəli istifadəsi üçün iqtisadi islahatlar geniş imkanlar açır. Bu baxımdan ictimai məlumatlılığın və iştirakçılığın təmin edilməsi islahatların gətirdiyi faydaları daha yaxşı mənimsəməyə imkan verir. Eyni zamanda region ictimaiyyətinin rəyi yeni islahatların həyata keçirilməsi zamanı nəzərə alınır. İndiyə qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ağdam, Şəki, Quba, İsmayıllı və Gəncədə 1000-dən artıq ictimaiyyət nümayəndələri ilə birlikdə belə müzakirələr aparılıb.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...