VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

16 Sentyabr 2017 - 11:00

Azərbaycanda Lütfi Zadənin adı gülə verildi

lutfizade

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun yetişdirdiyi yeni qızılgül sortu qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin professoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyır.

Gununsesi.info xəbər verir ki, AMEA-dan Azərtac-a bildirilib ki, “Professor Lütfi Zadə” qızılgül sortu çay-hibrid qrupuna aiddir və Mərkəzi Nəbatat Bağında 2010-cu ildə seleksiya və hibridləşdirmə üsulu ilə alınıb. Müxtəlif bağ qruplarına mənsub olan bu bitki (Swan Lake LCI x Enric Palou HT) rənginə və digər xarakterik biomorfoloji xüsusiyyətlərinə görə digər güllərdən fərqlənir.

Yeni sortun hazırda kəsiş gülü kimi istixanada becərilməsi sınaqdan keçirilir. Bitki göz calağı, yaşıl və yarı odunlaşmış çiliklə çoxaldılır.

Gununsesi.info




loading...
Loading...