Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

18 Noyabr 2017 - 17:40

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq


Azərbaycanda peşə təhsili müəssisələrinin növləri müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində (peşə təhsili sisteminin quruluşu) qeyd edilib.

Yeni sənədə görə, peşə təhsili müəssisələrinin növləri aşağıdakılardır:

1. Peşə məktəbi;
2. Peşə liseyi;
3. Peşə təhsil mərkəzi.

Yeni qanun layihəsinə əsasın, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.
Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Yeni qanun layihəsi 1-ci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Gununsesi.info