Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

15 Sentyabr 2017 - 17:00

Azərbaycanda qızıl hasilatı 3 dəfə artıb

qizil-1

Azərbaycanda qızıl hasilatı artıb, gümüş hasilatı isə azalıb.

Gununsesi.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-avqust aylarında ölkədə 3 934,5 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 15,5% azalaraq 213,6 kq təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

Gununsesi.info





loading...