Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

15 Sentyabr 2017 - 10:30

Azərbaycanda toy yasa çevrildi- ƏR VƏ ARVADI ÖLDÜ - TƏFƏRRÜAT-VİDEO
59bb7794106be_tyo
Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi 99 XA 337 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobil yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı, 1966-cıil təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.
“İnfiniti” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı Bakıda yaşayırmış.
Onlar Hacıqabula İmran Ağayevin qardaşının övladının toy məclisinə gediblər. Toydan sonra ər və arvadı Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsindəki körpüyə gəliblər. Burada onlar taksi tutaraq Bakıya qayıtmaq istəyiblər. Lakin dayanacağa getmək üçün yolu keçməyə çalışan şəxslər Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi “İnfiniti”nin altında qalıblar. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerindəcə keçinib.
Qeyd edək ki, hadisədən bir qədər sonra İ.Ağayevin toy keçirilmiş qardaşının evinə bu barədə xəbər verilib.

Gununsesi.info





loading...