Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

17 Noyabr 2017 - 13:30

Azərbaycanda yolların pullu olması qanuniləşdirildi- DEPUTATLAR LAYİHƏNİ QƏBUL ETDİ

Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Gununsesi.info-nun məlumatına görə, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.

Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Hazırda ödənişli avtomobil yolları yerli və respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilərdisə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.

Gununsesi.info