XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 15:54

Azərbaycandan Avropaya 29 avroya uçuş

aircraft-777x437

Azərbaycan və Bolqarıstan prezidentəri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib. 

Gununsesi.info-nun məlumatına əsasən, uçuşlar 16 yanvar 2018-ci ildən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Bolqarıstan paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

Gununsesi.info




loading...
Loading...