XƏBƏR LENTİ

15 Dekabr 2017

22 Noyabr 2017 - 14:56

Azərbaycanlı aparıcı canlı efirdə evlilik təklifi etdi- VİDEO

“Xəzər TV”-də yayımlanan “Nuş olsun” verilişinin aparıcısı Ağakərim Əbülfəzoğlu canlı efirdə  sevdiyi xanıma evlilik təklifi edib.

Gununsesi.info xəbər verir ki, teleaparıcı sevgilisi üçün sürpriz hazırlayıb. Bu işdə ona telekanalın digər əməkdaşları da dəstək olub. Sonda sevgilisi aparıcıya “Bəli” cavabını verib.

Qeyd edək ki, aparıcının sevdiyi xanım “Xəzər TV”-nin əməkdaşıdır.

Gununsesi.info