Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 17:04

Azərbaycanlı deputat AŞPA tribunasında ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhradan danışdı
22366346_1607397265965811_1253259248665353590_n
AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 13-də keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva iyunun 4-də erməni işğalçıları tərəfindən Füzuli rayonu Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın vəhşicəsində qətlini gündəmə gətirib.
Gununsesi.info xəbər verir ki, millət vəkili AŞPA tribunasından bəyan edib ki, beynəlxalq aləmin və beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə dur deməməsi və lazım gəldikcə ona dəstək verməsi erməniləri işğalçılığa sövq edir.
“Məhz beynəlxalq aləmin biganə, ikili standartı nəticəsində daha çox sivil insanlar, qadınlar, yaşlılar və uşaqlar bu cür konfliktlərin qurbanı olur. Günahsız uşaqlar qətlə yetirilir. Belə ki, iyunun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbçiləri tərəfindən Füzuli rayonu Alxanlı kənd sakini 2015-ci il təvəllüdlü Zəhra Quliyeva və onun nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı həlak olub. 2 yaşlı Zəhra nənəsinin qucağında olarkən erməni hərbçilərin atdığı iriçaplı mərmi nəticəsində həlak olub”.
Deputat əlavə edib ki, mülki vətəndaşları hədəf seçən erməni ordusu avqustun 7-də Ermənistanla sərhəd olan Tovuz rayonun Qaralar kəndinin mülki şəxslərini atəşə tutub. Kənd sakinlərinə atılan güllələrdən biri 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğluna dəyərək onu yaralayıb.
“Digər belə bir hal 2011-ci ildə mart ayının 8-də Beynəlxalq qadınlar bayramı günündə Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən – Ağdamın işğal altında olan kəndlərindən – Ağdam rayonunun Orta Qərvənd kəndini atəşə tutarkən baş verib. Atəş nəticəsində həyətlərində oynayan 9 yaşlı Orta Qrəvənd kənd sakini Fariz Bədəlov həlak olub. Nə qədər ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə dur deməyib və onu işğalçılıq siyasətindən çəkindirməyə məcbur etməyib bu cür hallar davam edəcək. Odur ki, bir daha AŞPA-nın mötəbər tribunasından beynəlxalq birliyə səslənərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, münaqişələrlə bağlı sivil cəmiyyət, xüsusən də uşaqlarla bağlı qəbul edilən konvensiyaların müddəaların icrasına ciddi nəzarət etmək və bu müddəaları pozan tərəfə qarşı ciddi tədbirlərin görülməsinə çağırıram. Əks təqdirdə bunun ağır fəsadlarını hamımız birlikdə yaşayacağıq”- deyə, S. Fətəliyeva bildirib.
Mürtəza
Gununsesi.info




loading...