Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

14 Noyabr 2017 - 16:36

Azərbaycanlı iş adamlarının Türkiyəyə kapital qoyuluşuKƏSKİN AZALIB

2002-2017-ci illər üzrə xarici ölkələr tərəfindən Türkiyə iqtisadiyyatına 144.2 milyard dollar yatırım qoyulub.

Gununsesi.info bunu Tükiyənin İqtisadiyyat Nazirliyinin bülliteninə əsasən bildirir.

Bülletendən məlum olur ki, Azərbaycan Türkiyəyə qoyduğu yatırıma görə 11-ci pillədə qərarlaşıb. Sözügedən müddət ərzində 5.2 milyard dollar sərmayə həyata keçirib.  Bu ilib avqust ayına qədər azərbaycanlı iş adamlarının qardaş dövlətə həyata keçirdikləri investisiyaların həcmi 355 milyon dollar olub.

Ötən il həyata keçirdiyi sərmayələrin həcmi 652milyon dollar olub ki, bu da ondan əvvəlki illə müqayisədə 22 faiz azdır. Ümumiyyətlə, son 6 ildə Azərbaycanlı iş adamlarının  qoyduqların investisiyaların həcmi 2 dəfə azalıb.

Ümumilikdə siyahıya başçılığı Hollandiya başçılıq edir. 16 ildə bu dövlətdən qardaş ölkəyə edilən sərmayələrin həcmi 23.5 milyard dollar olub.  Statistik bülletendən məlum olur ki, keçən il   Türkiyə iqtisadiyyatına qoyulan investisiyaların həcmi  iki dəfə azalaraq, 6.8 milyard dollar olub.  2015-ci ildə bu rəqəm 12 milyard dollar təşkil edib.

Vüsalə Rüstəmova

Gununsesi.info





loading...