Azərbaycan baş verən yanğınla əlaqədar İrana öz köməyini təklif edib - SƏFİR

  • By admin
  • 23 Yanvar 2017 14:07
cavad
Azərbaycan tərəfi  Tehranda binada baş verən yanğınla əlaqədar İrana öz köməyini təklif edib.
Gununsesi.info xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
 
Onun sözlərinə görə,  Azərbaycan tərəfinin Tehrandakı uçqunla bağlı etdiyi təklifini İran rəsmilərinə  çatdırıb:
“Mən bu təklifi İran hökumətinə  çatdırdım”.
Səfir bu məsələdə göstərdiyi sayğı və diqqətə görə, Azərbaycan tərəfinə təşəkkür edib:
“Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm. Həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək”. 
 Qeyd edək ki, ötən həftə Tehranda “Plasko” ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.
Gununsesi.info