Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

  • By admin
  • 23 Sentyabr 2017 23:03

a8337a77-9750-4864-ad23-491fe89cc764
Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.
Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.
Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.
Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

 

Gununsesi.info