Gürcüstan hökumətinin müraciətinə əsasən Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, bu gün nazirliyin xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri Gürcüstan istiqamətində yola düşüb.
Gununsesi.info