Azərbaycan komandası beynəlxalq festivalda iştirak edəcək

  • By admin
  • 18 Avqust 2017 22:45

festivall

Rusiyanın Omsk vilayətində İrtış çayının sahilində “Ulduzları yandırırıq” adlı II Beynəlxalq Atəşfəşanlıq Festivalı keçiriləcək.

Gununsesi.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 1-də keçiriləcək festivalda Azərbaycan, Qazaxıstan, Çin və Rusiyadan olmaqla, ümumilikdə beş komanda mübarizə aparacaq. Ölkəmizi festivalda “Böyük bayram” komandası təmsil edəcək.

Komandaların çıxışları musiqi ilə müşayiət olunacaq. Tədbirin şərtlərinə əsasən, pirotexniklər iki məcburi proqram təqdim etməlidirlər.

Bayram proqramı çərçivəsində tamaşaçılar musiqi kollektivlərinin çıxışına, müxtəlif ölkələrin təamlarının dadına baxa, eləcə də fərdi, ailə və komanda şəklində idman yarışlarında iştirak edə bilərlər.

Gununsesi.info