Azərbaycan məktəblilərinin uğuru

  • By admin
  • 21 İyun 2017 14:27

5

İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, olimpiadada Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan ibarət məktəblilər iştirak edib.

Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər.

Qeyd edək ki, bu nailiyyət cari ilin avqust ayında İran İslam Respublikasında keçiriləcək 29-cu Beynəlxalq İnformatika Olimpiadasında (İOİ-2017) iştirak edəcək şagirdlərimiz üçün ümidvericidir. Türkiyədən geri döndükdən sonra həmin şagirdlər yay olimpiada düşərgəsinə cəlb ediləcək və növbəti olimpiadalara hazırlıq davam etdiriləcək.

Anar

Gununsesi.info