Azərbaycan məscidlərində axund vəzifəsi LƏĞV EDİLİR

  • By admin
  • 14 Sentyabr 2017 17:16

E97A04F9-486D-456E-93F9-717BF2174CA4_cx0_cy18_cw0_mw1024_mh1024_r1_s

Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılması təklif edilib.

Gununsesi.info məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə bir qrup dindarın təklifini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dəstəkləyib. M. Qurbanlı bildirib ki, məscidlərdə vahid sistemə keçməyin vaxtı çatıb.

Təklifə Şeyxülislam Hacı Allahşükür Paşazadə da müsbət yanaşıb, məsələyə baxılmasının mümkünlüyünü qeyd edib.

Gununsesi.info