“Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun” - İLHAM ƏLİYEV

  • By admin
  • 22 İyun 2017 11:59

aliyev_dodon_tekbetek_220617_2

Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib.

Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib:

“Xoş gəlmisiniz. Əminəm ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyik. Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!”

Gununsesi.info