Azərbaycan nefti 1 faiz bahalaşıb

  • By admin
  • 20 Sentyabr 2017 10:00

neft qiymet

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,58 dollar və yaxud 1,01% artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 57,87 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info