Azərbaycan ötən il elektrik enerjisi ixracını 80% artırıb

  • By admin
  • 15 Yanvar 2018 16:18

Azərbaycan 2017-ci il ərzində xarici ölkələrə 50,969 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. 

Gununsesi.info Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,625 mln. dollar, yaxud 79,82% (1,8 dəfə) çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 160 196 kVt/saat elektrik enerjisi satılıb və bu, 2016-cı ilə nisbətən 513,438 mln. kVt/saat və yaxud 79,39% (1,8 dəfə) çoxdur.

Qeyd edək ki, 2017-ci ildə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,37%-ni təşkil edib.

Gununsesi.info