Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

  • By admin
  • 25 Mart 2017 18:23

ilham-fransa

 

Azərbaycan prezidenti İlham Əliyev banqladeşli həmkarı Əbdül Həmidə bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Gununsesi.info