Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə  AMEA ilə təhsil sisteminin birləşə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O, bildirib ki, ali təhsil müəssisələrində elmi gücləndirmək lazımdır: “Bu gün Azərbaycanda 100-dən yuxarı universitet fəaliyyət göstərir. Bu, böyük rəqəmdir. Məncə 100 deyil, 20-30 güclü universitetin yaradılmasına ehtiyac var. Söhbət universitetlərin birləşməsindən, iqtisadi vəziyyətlərinin yaxşılaşmasıdan, təhsilin keyfiyyətinin yüksəldilməsindən və tələbə sayının artırılmasından gedir. İqtisadi potensialı yüksək olan universitetlər öz nəzdində təhsili, elmi inkişaf etdirə bilər”.

Asim Mollazadə Azərbaycan Milli Elmlər Akademiyasının SSRİ dövründən qalmış sistem olduğunu vurğulayıb: “Tədricən bu sistemi xüsusi olaraq, fundamental elmi universitetlərə, kommersiya imkanları olan elmi-tədqiqat universitetlərinə birləşdirmək olar. Onlar öz-özünü maliyyələşdirə bilər”.

Gununsesi.info