Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar gələn ilin sonuna qədər başa çata bilər” - MAHMUD MƏMMƏDQULİYEV

  • By admin
  • 12 Dekabr 2017 12:34

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar gələn ilin sonuna qədər başa çata bilər”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dekabrda Bakı və Brüssel arasında videokonfrans formatında yeni saziş üzrə növbəti müzakirələr keçiriləcək.

M.Məmmədquliyev deyib ki, növbəti danışıqlarda ekoloji və enerji məsələlər müzakirə olunacaq.

Gununsesi.info