Azərbaycan və Fələstin XİN rəhbərləri arasında görüş baş tutub - FOTO

  • By admin
  • 23 Sentyabr 2017 15:00

image1-3-1

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki ilə görüşüb.

Gununsesi.info XİN-in saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info