Azərbaycan yığması Almaniyaya qalib gəlib

  • By admin
  • 22 Avqust 2017 11:59

futbol

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib.

Gununsesi.info-nun məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə qarşılaşıb.

Matç komandamızın asan qələbəsi ilə yekunlaşıb. 2 şahmatçımız lövhədən heç-heçə ilə ayrıldığı halda, digərləri rəqibini mat edib.

Azərbaycan – Almaniya – 4:1

Nərmin Xələfova (2239) – Yelizabet Paeş (2469) – 0,5:0,5

Gülnar Məmmədova (2357) – Sara Hult (2449) – 1:0

Ülviyyə Fətəliyeva (2323) – Yelena Levuşkina (2311) – 0,5:0,5

Zeynəb Məmmədyarova (2277) – Heynemann (2284) – 1:0

Xanım Balacayeva (2282) – Fiona Sieber (2277) – 1:0

Qeyd edək ki, avqustun 26-dək komandalar arasında daha 4 oyun baş tutacaq.