Azərbaycana avtomobil idxalı artıb

  • By admin
  • 20 Oktyabr 2017 10:56

66e49d3f-0d86-4573-9eee-8e89c5ced249

Cari ilin doqquz ayında ölkəyə 6 643 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub. 

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 70,1% artıb.

Hesabat dövründə 5 783 ədəd adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 670 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi idxal olunub. Bu da müvafiq olaraq illik 70,6% və 76,8% çoxdur.

Gununsesi.info