Azərbaycanda əhalinin gəliri 10 faiz artıb

  • By admin
  • 16 Mart 2018 12:10

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri nominal ifadədə 10,2% artaraq 7 mlrd. 700,3 mln. manata çatıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla da əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 mlrd. 69,6 mln. manatlıq və ya əvvəlkindən 10,7% çox vəsait qalıb.

Gununsesi.info