Azərbaycanda 237 nəfər sirkə turşusundan zəhərlənib - ONLARDAN 3-Ü ÖLÜB

  • By admin
  • 15 Dekabr 2017 22:54

Ölkədə bu il 237 nəfər sirkə turşusundan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Toksikologiya şöbəsi müdirinin sözlərinə görə, bu il həmin diaqnozla Kliniki Tibbi Mərkəzə daxil olanlardan 1 nəfər ölüb.

A.Maqsudov deyib: “Ötən il isə sirkə turşusundan zəhərlənmədən 254 nəfər daxil olmuşdu. Onlardan 3 nəfər ölüb”.

Gununsesi.info