Azərbaycanda 25 min AZN-ə kinoteatr satıldı

  • By admin
  • 16 Mart 2018 14:10

Şəmkir Yay kinoteatrı hərraclarda  cəmi 25 min manata satılıb.

Gununsesi.info bunu Dövlət Əmlak Komitəsinə istinadən xəbər verir.

Kinoteatrın ümumi sahəsi 343 kv.m olsa da, özəlləşdirilməyə daha geniş ərazı çıxarlıb. Təqribən 457 kv.m torpaq sahəsi ilə birgə hərraclarda satılıb. Ötən ilin sentyabr ayından satışa çıxarılan obyekt Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində idi.

Budan başqa ötən ildən özəlləşdirilməsi ilə hərraclara çıxarılan Yevlaxda 226 kv.m sahəsi ilə 50 saylı mağaza 15 min manata, Gəncədə 24.8 kv.m sahəsi olan 282\45 saylı mağaza isə 3 min manata özəlləşdirilib.

Xaçmazda 306 kv.m-lik bir anbar isə cəmi 7,5 min manata satılıb.

Gununsesi.info