Azərbaycanda Avropa çempionatının yayımçısı müəyyənləşdi

  • By admin
  • 20 Yanvar 2018 19:22


Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək və milli komandamızın da iştirak edəcəyi futzal üzrə Avropa çempionatının ölkəmiz üzrə yayım hüququnu CBC Sport əldə edib.

Gununsesi.info xəbər verir ki, televiziya kanalı yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb.

Buna görə də, telekanal rəhbərliyi AÇ-nin bütün oyunlarını ekrana gətirməyi düşünür.

 

Gununsesi.info