Azərbaycanda deputat atasına heykəl qoydurdu - KƏND SAKİNLƏRİ HEYKƏLİ ZİYARƏT ETMƏYƏ MƏCBUR EDİLİR + FOTO

  • By admin
  • 19 Avqust 2017 11:46
Rustam
Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilov atasına heykəl qoydurduğu üçün sosial şəbəkələrdə sərt tənqid olunub.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat atası Gülabba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Bundan başqa, heykəl şəhidlər lövhəsinin qarşısında qoyulub.
Qeyd edək ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.
5997ec3eb19f2_2088224021051891828403998608740089218757395njpg
Gununsesi.info