Azərbaycanda hərbi təyinatlı obyektlərin açılışı olub - FOTOLAR

  • By admin
  • 22 Sentyabr 2017 11:36

hasanov_220917__(1)

Azərbaycanda hərbi təyinatlı obyektlərin açılışı olub.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib.

Z.Həsənov avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.