Azərbaycanda iri fabrikdə yanğın: FHN-NİN POLKOVNİK-LEYTENANTI YARALANDI

  • By admin
  • 23 Oktyabr 2017 13:32

yangin

Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən “Akkord-Tekstil” fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.

Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Gununsesi.info