Azərbaycanda kanaldan qadın meyiti tapılıb

  • By admin
  • 20 Sentyabr 2017 11:18

05

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanmışdır.  

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:30-da başa çatıb.

Anar

Gununsesi.info