Azərbaycanda ölənlərin 15.5%-ni 25 yaşadək insanlar təşkil edir - ŞOK STATİSTİKA

  • By admin
  • 24 İyul 2017 13:46

Без названия

Belorusun statistik orqanı “Belorus və dünya ölkələri” adlı buraxılış hazırlayıb və çox maraqlı müqayisələr var. Həmin nəşrə Azərbaycanla da bağlı ilginc məqamlar yer alır.

Gununsesi.info bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən bildirir.

R.Ağayev facebook səhifəsində qeyd edir ki, sənəddə 60 ölkə üzrə ölümün yaşa görə strukturu təqdim edilib. Məlum olur ki, Azərbaycanda orta hesabla 2010-2015-ci illərdə ölən insanların 15.5%-ni 25 yaşadək insanlar təşkil edib. Bu göstəricinin səviyyəsinə görə həmin 60 ölkə arasında 55-ci yerdə qərarlaşmışıq. Bizdən daha pis vəziyyətdə olanlar Tacikstan (33.5%), Əlcəzair (22.5%), Hindistan (20.5%) və Cənubi Afrika Respublikası (17.1%) təşkil edir. Fransa, Niderland, Almaniya, Estoniya, Polşa kimi ölkələrdə 25 yaşadək əhalnin ümumi ölüm statstikasında payı 5 ilin orta göstəricisinə görə 2-3%-dən çox olmayıb. Həmin dövrdə Bu ölkələrdə ölənlərin 70-80%-i 70 yaşdan sonra həyatlarını itiriblər. Azərbaycanda 70 yaşdan sonra həyatını itirənələrin ölüm statistikasında payı 47.3% olub, 37.1% isə 25-69 yaşda insanlar olub (əsasən əmək qabiliyyətli yaşda). 

İqtisadçı əlavə edir ki, ikinici maraqlı statistika qadın işçi qüvvəsinin aqrar sektorda məşğulluq səviyyəsi ilə bağlıdır: “60 ölkə içərisində ən yüksək göstərici Azərbaycandadır – bütün məşğul qadınların 42.7%-i kənd təsərrüfatında çalışır. Bizdə sonra gələn MDB ölkələrində həmin göstərici 15-40% intervalında dəyişir. Siyahıda adı olan inkişaf etmiş ölkələrdə isə bu göstərici orta hesabla 1-10% intervalında dəyişir”.
Nəhayət, maraqlı göstəricilərdən biri də iqtisadiyyatda yaranan əlavə dəyərdən əmək haqqı formasında insanlara çatan hissəsi ilə bağlıdır. Nəşrdə verilən məlumata görə Azərbaycanda ÜDM-nin gəlirlər üzrə bölgüsündə cəmi 17.1% əmək haqqı formasında məşğul əhaliyə çatır. Bu göstərici üzrə siyahıda adı olan digər 46 ölkə üzrə həmin göstəricinin səviyyəsi 30-55% intervalında dəyişir.

Vüsalə Rüstəmova

Gununsesi.info