“Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir” - YEVDA ABRAMOV

  • By admin
  • 22 Noyabr 2017 12:49

“Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Yevda Abramov parlamentdə 2018-ci il büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi: “Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq, tuta da bilmərik. Bizim büdcəmiz halaldır, lakin söhbət bu gün büdcəyə olan münasibətdən gedir. Ona münasibət dəyişilməlidir. Dünən həmkarım Ziyad Səmədzadə sosial yönümlü bazar və büdcə sözünü işlətdi və bildirdi ki, bu terminlər bir-birilə uzlaşmır. Bizdə iqtisadiyyat liberaldır. Belə olan halda qiymətləri müəyyən edən tələb və təklifdir. Əgər tələb və təklif gözlənilirsə, dünya bazarında neftin qiymətinin dəyişməsi qiymətlərə təsir etməməlidir”.

Deputat qeyd edib ki, məsələn, Rusiya və Qazaxıstanda 18 adda strateji məhsulun son qiyməti ölkə prezidentinin fərmanı ilə qiyməti müəyyənləşdirilir: “Lakin təəssüf ki, bizdə belə deyil. Bizdə qiymət qalxdısa, enməsi problemdir. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bunları nəzərə almalıdır”.

Y.Abramova həmçinin, Quba aeroportunun tikintisini gündəmə gətirərək bu məsələnin həllinə hökumətdən yardım istəyib. O bildirib ki, bu aeroport Naxçıvan və Gəncədən sonra ən rentabelli aeroport olacaq: “Çünki İsraildə, Rusiya və digər ölkələrdə xeyli sayda qubalı yaşadığından necə rentabelli olduğunu göz önünə gətirmək olar. Bu gün bir sıra qubalı iş adamları var ki, onların şəxsi təyyarələri də var. Onlar bu aeroporta eniş etsə, bu aeroportun rentabelli olacağını indidən demək mümkündür”.

Deputat Qubanın qazlaşdırlması ilə bağlı üzləşdiyi problemi gündəmə gətirərək deyib ki, Qubanın bütün problemi həlini tapsa da, qaz problemi həllini tapmır ki, tapmır.

Mürtəza

Gununsesi.info