Azərbaycanda şok olay - 2-Cİ SİNİF ŞAGİRDİ DİŞLƏRİ İLƏ MAŞIN DARTIR

  • By admin
  • 27 Aprel 2017 22:43

usaq masin dartir

2 -ci sinifdə oxuyan uşağın güc baxımından potensialı o qədər də çox olmur. Sözsüz ki, böyük əmək sərf etsəniz gələcəkdə peşəkar idmançı ola bilər. Əgər 8 yaşlı bir uşaqda avtomobili dartmaq gücü varsa bu artıq əmək sərf edilməsi yox fitri istedatdır.

Gununsesi.info-nun xezerxeber-ə istinadən verdiyi məlumata görə, məşhur aktyor Van Dammın orta yaşlarında etdiklərini Nihad Ağayev 2-ci sinifdə ikən edir. Parlaq gələcəyə sahib olan pəhləvanı siz də tanıyın.

8 yaşı,1 metrdən artıq boyu, 17 kiloqram çəkisi var. Amma etdiyi hərəkətlər yaşından,çəkisindən dəfələrlə artıqdır.

2-ci sinif şagirdi görənləri heyrətləndirir. Mingəçevirdə yaşayan Nihad Ağayev, məşhur hollivud aktyoru Jan-Klod Van Dammın hərəkətlərini yaşının az olmasına baxmayaraq məharətlə təkrarlıyır. Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda “şpaqat” açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirib.

Qeyri-adi gücə malik Nihat Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır. Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.

Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev, övladını 4 yaşından məşqlərə aparıb. Emin Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır.

Gununsesi.info