Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirilib

  • By admin
  • 22 Avqust 2017 10:18

01

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək.

Cüdo Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan milli komandası da bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq.

Belə ki, Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq cüdoçular və məşqçilərlə görüş keçirilib. Görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempiotanla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər.

Anar

Gununsesi.info