Azərbaycanın neft hasilatında itkiləri kəskin artıb

  • By admin
  • 22 May 2017 12:31

 

neftin-qiymeti

Azərbaycanda neft hasilatında itki bir ay ərzində 277 min ton təşkil edib.

Gununsesi.info bunu iqtisadçı Nemət Əliyevə istinadən bildirir.

İqtisadçının sözlərinə görə, Neft hasilatının 4 aylıq həcmi 1 milyon 333 min ton azalıb: “Halbuki  bu lin birinci rübündə itkilərin həcmi 1 milyon 56 min ton təşkil etmişdi. Deməli, bir sonrakı ayda hasilat itkisi 277 min ton böyüyüb. Neft hasilatı düşdükcə, “qiymət” amilindən asılılığımız daha da artır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında neft hasilatının həcmi 12.6 milyon ton olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  9.5 faiz azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info