“Azərbaycandakı yaşayış minimumu ilə bir ay yaşamaq qeyri-mümkündür” - ƏLİ MƏSİMLİ +YENİLƏNİB

  • By admin
  • 23 Noyabr 2017 21:14

“Milli Məclisdə dövlət büdcəsı müzakirələri zamanı ən çox qaldırdığımız məsələ əmək haqqlarının artırılmasıdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri bu gün millət vəkili Əli Məsimli parlamentdə büdcə müzakirələri zamanı deyib.

Millət vəkili, həmçinin qeyd edib:

“Əmək haqqlarının layiqli şəkildə qaldırılması və aşağı maaş alanların əmək haqqlarına müsbət təsir etməkdən ötrü digər şərtlərlə yanaşı, həm də yaşayış miniumun məbləğinə ciddi yanaşmaq lazımdır. Yaşayış miniumu və ehtiyac meyarı müzakirə olunarkən 2 əsas sual aktuallıq kəsb edir: 116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz…. Onda necə gün yaşamq olar? Bu suala dolğun cavab verməkdən ötrü ehtiyac meyarı və yaşayış miniumunu tərtib edənlər həmin pulu götürüb bircə dəfə bazara gedib qiymətlərə baxsalar, özləri görərlər ki,bu pula nə qədər az şey almaq olur. Onda ikinci məntiqi sual ortaya çıxır: 116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu azdırsa,onda həmin məbləğ nə qədər olmalıdır? Bu suala müxtəlif rakusdan cavablar veriləndə göstərilir ki, Azəbaycanda yaşayış minimumu Avropanın sosial göstəriciləri ən aşağı olan ölkələrindəki göstəricidən belə 2- 2,5 dəfə aşağıdır. Son illər Rusiyada yaşayış minimumu bizdəkindən 1,7-2dəfə yüksək olsa da, qalan MDB ölkələrində ya bizim kimi 100 dollar ətrafında, ya da ondan aşağıdır. Bu, onu göstərir ki, biz qarışıq MDB ölkələrində bu göstəricinin ciddiliyinə adekvat səviyyədə ciddi yanaşılmır. Biz Milli Məclisin tribunasından dəfələrlə ehtiyac meyarının məbləğinin yaşayış miniumu səviyyəsinə çatdırmaq məsələsinin zəruruliyini qaldırmışıq və hər dəfə də hökumətin aidiyyatı qurumları bizimlə razılaşıblar ki, düzdür, belə olmalıdır. Amma realda başqa proses gedir. Əgər 2015- ci ildə ehtiyac meyarının məbləği yaşayış miniumunun 80 faizi səviyyəsində idisə, gələn il 67 faizi səviyyəsinə enəcək. Ehtiyac meyarının məbləğini ona görə qaldırmırlar ki,qaldıranda əlavə xeyli ailələrə ünvanlı sosial yardım düşür. Fikrimizcə bu cür yanaşma düz deyil və həm də çox ziyanlıdır.Bu cür yanaşma xüsusən rayonlarda yaşayan əhaliyə ciddi ziyan vurur. Rəsmi məlumata əsaslanıb, konkret misal kimi onu deyə bilərik ki,ölkəmizdə rəsmən yoxsulluq həddi 5 faiz ətrafında göstərilsə də,məsələn, Şəki-Zaqatala zonasında ev təsərrüfatlarınının müayinəsinin nəticələri göstərir ki, ailələrin 30 faizinin adambaşına düşən gəliri gələn il üçün qəbul olunacaq yaşayış minimumu məbləği yüksək hədd kimi götürməklə, 105-173 manat arasındadır. Elə həmin tədqiqatların nəticələrinə görə, ev təsərrüfatlarının yalnız 11 faizinin adambaşına orta aylq gəliri 250-300 manata, 10 faizinin adambaşıba aylq gəliri isə 300 manatdan yüksəkdir. Qalanının xeyli hissəsi pis yaşayır. İstər ehtiyac meyarının məbləği, istərsə də yaşayış miniumunun səviyyəsi real vəziyyəti tam əks etdirmir. Hətta belə aşağı məbləğlı ehtiyac meyarından çıxış etsək, orta statistik ailənin aylıq gəliri 550 manatdan,yaşayış meyarındann çıxış etsək -800 manatdan aşağı olmamalıdır. Ölkədə orta əmək haqqı 525 manat, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşı isə 200-300 manat arasındadır. Ona görə də ölkədə, xüsusən də rayonlarda yoxsulluğun azaldılması istiqamətində ciddi işlər görülməlidir. Devalvasiyadan sonra istehlak qiymətləri ən azı 50 faiz, bir sıra məhsullar üzrə 2 dəfə və ondan da çox artıb. Belə şəraitdə yaşayış minimumu hesablanarkən əsas kimi götürülən minimum istehlak səbətinin 3 ildən bir hesablanmasını düzgün hesab etmək olmaz, bu işdə maksimum operativlik təmin olunmalıdır. Yaşayış minimumu hesablanarkən eyni zamanda həm də bazardakı qiymətlər,manatın alıcılıq qabiliyyəti,inflyasıyanın real səviyyəsi, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymət artımının gerçək səviyyəsi nəzərə alınmalıdr.Bu üsulla hesablanan yaşayış minimumu hökumət tərəfindən təqdim olunandan xeyli çoxdur. Ölkədə yoxsulluğu azaldıltmaq və əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü xeyli imkan var: İlk növbədə iqtsadi azadlıqlar təmin edilməli,iqtisadi təşəbbüskarlıq və sahibkarlığın qarşısında duran bütün maneələr aradan qaldırılmalıdır.Qanunla qadağan olunmayan bütün fəalaiyyət növlərinə geniş meydan verilməlidir. Hökumət insanlara kömək edə bilmirsə, onun məlum qurumları yerlərdə heç olamsa insanların iş görməyəsinə,normal qazanmasına, normal yaşamsına mane olmamalıdr. Azərbaycanlının mentalitetinin bir üstün cəhəti var ki, ona süni manelər yaradılmasa,əksəriyyəti özünü və ailəisini dolandırmağa və həm də vergi verib dövləti də varlandırmağa qadirdir. Belə olsa, bizdə ehtiyac meyarının da, yaşayış miniumunun da,əmək haqqınn da səviyyəsi indiyindən qat-qat yüksək olar,yoxsulluq azalar,orta və yaxşı yaşayanların sayı artar.

 

*** 21 noyabr, 17:50

 

Növbəti ilə Rusiya ucuz neft, ucuz rubl, Qazaxıstan ucuz neft, sabit tenge, Azərbaycan isə ucuz neft, qeyri-müəyyən valyuta məzənnəsinin tənzimlənməsi yolunu seçib.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentdə büdcə müzakirələri zamanı deyib .

Onun sözlərinə görə, Azərbaycanın qeyri-müəyyən valyuta məzənnəsinə keçidi təhlükəlidir: “Çünki belə olan vəziyyətdə ciddi investorlar ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda tərəddüd edəcək”.

Ə.Məsimli əlavə edib ki, Rusiya, Qazaxstan və Azərbaycan MDB-nin üç əsas neft ölkəsi olsa da, Azərbaycandan başqa digər ölkələr büdcələrinin neftdən asılılığını azaldır: “Lakin Azərbaycan fərqli mövqe sərgiləyir. Baxmayaraq ki, bir neçə il büdcənin neftdən asılılığının azaldılması istiqamətində addımlar atılsa da, 2018-ci ildə yenidən büdcənin neftdən asılılığı yolu seçilib. Büdcənin yenidən neftdən asılılığının seçilməsi düzgün strategiya deyil və bu, gələcəkdə müəyyən kataklizmlərə yol aça bilər. Odur ki, bu tendensiyadan qaçmaq lazımdır”.

Deputat eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsinin növbəti ildə də 15% müəyyən etməsini sahibkarlar üçün uğursuz bir qərar hesab etdi: “Mərkəzi Bankın uçot dərəcəsinin 15 % civarında müəyyən etməsi, növbəti ildə kreditlərin yüksək fazilərlə verilməsinə dəlalət edir ki, bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olanların işinə maneçilik yaradacaq”.

O təklif edib ki, əgər faiz dərəcəsi yüksək dərəcə ilə sahibkara veriləcəksə, onun bir hissəsini dövlət öz üzərinə götürməlidir.

Deputat həmçinin, problemli kreditlərin həlli istiqamətində hökumətə ciddi addımlar atmağı təklif edib.

Mürtəza

Gununsesi.info