Azərbaycanlı hakim inspektor Avroliqa oyununa təyinat alıb

  • By admin
  • 26 İyul 2017 17:38

006

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İstanbul şəhərində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Şturm” (Avstriya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Qeyd edək ki, “Fənərbaxça” – “Şturm” oyunu avqustun 3-də keçiriləcək.

Anar
Gununsesi.info