Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR

  • By admin
  • 25 İyul 2017 09:50

toyypng

Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub. 

Gununsesi.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur.

O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət alıb.

Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.

Qeyd edək ki, V. Quliyevin Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir. 


Gununsesi.info