Azərbaycanlı milyarderin Bodrum macəraları - FOTOLAR

  • By admin
  • 15 Avqust 2017 13:09

1530060_d9fb46e944e823f4643a58d8afd6842d_640x640

Dünyanın ən zəngin adamları sırasında yer alan, azərbaycanlı milyarder Fərhad Əhmədovun 115 metrlik şəxsi “Luna” yaxtası ilə Bodrum sahillərində istirahəti ciddi resonansa səbəb olub. Belə ki, yerli əhali və turistlər Fərhad Əhmədova məxsus möhtəşəm yaxtanı görmək üçün onun istirahət etdiyi əraziyə axın edib.

Gununsesi.info “Haberturk”ə istinadən xəbər verir ki, Fərhad Əhmədov arvadı, üç övladı və yaxın dostları ilə birgə Bodrumdakı Küdür yarımadası sahillərində istirahət edir.

Azərbaycanlı milyarder Yunanıstanın Korfu, Mikonos, Tilos və Leros adalarını gəzdikdən sonra Bodruma gəlib. O burada yaxın ətrafı ilə birlikdə istirahətin dadını çıxarmaqdadır. Onun burada 10 gün qalacağı bildirilir. F.Əhmədovun Bodrumda istirahəti ilə bağlı olaraq təhlükəsizlik tədbirləri gücləndirilib. Onun üçün 6 mühafizə qayığı ayrılıb.

Əhmədovla birgə Bodruma gələnlər də burada istirahətin dadını çıxarmaqla məşğuldurlar. Onlar burada müxtəlif su idmanı ilə məşğul olurlar. Əhmədov istirahət müddətində yerli balıqçılardan 150 kiloqram kalmar, asminoq və başqa növ balıqlar alıblar.

Bodrumda istirahət edən Əhmədovun yeni motorlu yaxtasını rusiyalı milyarder Roman Abramoviçdən aldığı bəlli olub. Yaxtanın helikopter meydançası, minidənizaltı qayığı, 6 sürətli qayığı var. Bundan əlavə, yaxta  zirehli, gülləkeçirməz şüşələrə, bütün növ raket zərbələrinə dayanıqlı gövdəyə malikdir. “Luna” yaxtasının saatda sürəti 30 mildir. Surep lüks yaxtada 50 personal çalışır. Onlardan 30-u xidmətçi, 20-si isə mühafizəçidir. Yaxtanın bir qapalı və bir açıq hovuzu var.

1530060_393356841a873ba7396d22a8b0692f05_640x640

1530060_76593b8451f4ffee9aa03e1e64d006bf_640x640

1530060_9564f97bdfada9ae78a2c1da63687994_640x640

1530060_8769f961c6ea125ac049db5c4dc37964_640x640

1530060_62a9d03328542e990020985ddbc9f38d_640x640

1530060_7c45a76cb09755990764abd8fde3d432_640x640

1530060_7b195d398d1ea579d7ec1f7c4a99cc6d_640x640

1530060_3a03947e9710c28edb6357a0652a8bdc_640x640

1530060_0f2ad91a6ff13a8da7897d17b6caf727_640x640

Gununsesi.info