Azərbaycanlı yanğınsöndürəndən iranlı həmkarlarına dəstək

  • By admin
  • 23 Yanvar 2017 12:33
 İRAN
Yanvarın 19-da İranın paytaxtı Tehranda çoxmərtəbəli ticarət binasında yanğın nəticəsində çoxsaylı insan tələfatına yol açdı və nəticədə 20-dən artıq yanğınsöndürən həyatını itirdi.
Gununsesi.info xəbər verir ki, Tehranda baş verən yanğında öz vəzifə borclarını yerinə yetirərkən həyatlarını itirən yanğınsöndürənlər azərbaycanlı həmkarlarının kədərinə səbəb olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları bu gün Tehranda  həmkarlarının  həlak olması ilə bağlı həmrəylik toplantısı keçirib. Azərbaycanlı yanğınsöndürənlər iranlı həmkarlarının öz vəzifə borclarını yerinə yetirən zaman həlak olmalarında  kədərləndirklərini və onların qəminə şərik olduqlarını dilə gətiriblər. Azərbaycanlı yanğınsöndürənlər  hər zaman  iranlı həmkarlarına mənəvi dəstək olmaqla yanaşı, yaxında praktik əməkdaşlıq etməyə də hazır olduqlarını dilə gətiriblər.
Azərbaycanlı yanğınsöndürənlərin  bir qrup nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gedərək, səfir Cavad Cahangirzadə ilə görüşərək baş vermiş hadisə ilə bağlı ona başsağlığı veriblər. Onlar hadisə zamanı  20-dən artıq yanğınsöndürənin  həyatını itirməsindən  kədərləndiklərini və onların dərdlərinə şərik olduqlarını bildiriblər. Yaralıların isə tez br zamanda sağlamasını arzu ediblər.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə isə azərbaycanlı yanğınsöndürənlərin bu həmrəyliyinə görə təşəkkür edib. “Ölkələrimiz arasına hər zaman sıx əməkdaşlığın olduğunu və bu əməkdaşlığın bundan sonra da inkişaf edəcək. Tehranda baş verən hadisə ilə bağlı göstərdiyiniz bu diqqətə və sayğıya görə öz minnətdarlığımı bildirirəm”- deyə, C. Cahangirzadə  bildirib.
Qeyd edək ki, Tehrsnda baş verən yanğında 50 nəfərin öldüyü və onalrdan 20-nin yanğınsöndürən olduğu bildirilir.
Mürtəza
Gununsesi.info