“Azərsu”nun böyük su krantını oğurlamağa çalışdılar

  • By admin
  • 23 Aprel 2017 12:16

hebs

 

Bakıda oğurluğa cəhd göstərmiş 2 nəfər tutulub. Lent.az xəbər verir ki, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları xidmət apardıqları ərazidə, Lökbatan qəsəbəsi ərazisindən keçən “Azərsu” ASC-yə məxsus Kür Su Kəmərinin böyük həcmli su krantını kəsərək oğurlamağa cəhd göstərmiş 1967-ci il təvəllüdlü Səfərov Şakir Əlixan oğlu və Neftçala rayon sakini 1983-cü il təvəllüdlü Pənahəliyev Xəqani Mirəli oğlunu yaxalayıblar. Tutularkən oların istifadə edildiyi metalkəsən aparat da götürülüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

 

Gununsesi.info