“AZAL” büdcəyə ağır yük olduğu halda belə, yetərli yığım yoxdur” - ARİF MƏMMƏDOV

  • By admin
  • 19 Yanvar 2017 16:47
siaphoto_490081
Dövlət Mülki Aviasiya Administrasiyasının  rəhbəri  millət vəkillərinin AZAL-ın monopolist olması, baha biletlər satması  və digər problemlərlə bağlı səsləndirdiyi ittihamlara cavab verib.
 
Gununsesi.info xəbər verir ki, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov millət vəkillərinin  inhisarçılıqla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki,  özü  “AZAL”-dan  bu quruma gəlib və əgər problemlər varsa,  onlar mütləq həll edilməlidir:
“Azərbaycanda uçuşların 52%-i xarici şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir. Əsas etibarı ilə də MDB ölkələrinə. Monopoliyaya gəldikdə isə deyə bilərəm ki, artıq Nazirlər Kabinetinin qərarı ilə aşağıbüdcəli “Buta” şirkəti yaradılacaq. Ancaq bununla yanaşı, aviaşirkətlərə təklif edirik ki, onlar əgər regionlara uçuşlar həyata keçirmək istəyirlərsə, qapımız onların üzünə açıqdır. Ümumilikdə 68 dövlətlə uçuşların yerinə yetirilməsi haqqında saziş imzalanıb və ya razılşadırılıb. Lakin cəmi 22 dövlətlə hava əlaqəri qurulub”– deyə, A.Məmmədov vurğulayıb.
“AZAL”-ın qiymətlərinin baha olması ilə bağlı səslənən fikirlərə  gəldikdə isə Administrasiya rəhbəri  deyib ki, bu gün biletlərlə bağlı 17 çeşiddə tarif var:
“Hər bir tarifin  öz qaydaları var”.
 Biletlərin qiymətinin qaldırılmasına gəlincə, A.Məmmədov deyib ki,   bu gün bu məsələ gündəmdə deyil və buna icazə verilmir:
“Ümumilkdə uçuşun xərcləri hansısa formada yığılmalıdır, ya yox.  “AZAL” da beynəlxalq praktikadan istifadə edir. Bu qaydalara əsasən biletin xərcləri ya yüklərin cəriməsindən, ya baqajdan   və digər formalardan əldə edilir. Necə olur-olsun, bu xərclər bağlanmalıdır. “AZAL” büdcəyə ağır yük olduğu halda belə, yetərli yığım yoxdur”.
Administrasiya rəhbəri  bildirib ki,  hava limanında problemin olmamasına çalışır və işləri də bu istiqamətdə qurublar.
“Bu gün H.Əliyev Beynəlxalq Hava Limanının uçuş zolağı üçüncü kateqoriyalı zolaqdır və dünyada ən yüksək səviyyəli zolaqdır. Bu zolaq vasitəsi ilə istənilən hava şəraitindən uşuçları qəbul etmək mümkündür. Baxın, son günlərdə Türkiyədə havaların soyuq keçməsi ilə bağlı problemlər oldu. Ancaq “AZAL”-ın reysləri gecikmədi və vaxtında reysləri yerinə yetirə bildi. Ancaq digərlərində bu problem yaşandı. Bu kateqoriyaların qorunub saxlanılmasında isə ciddi problemlər mövcuddur. Məsələn, uşuş zolağındakı bir lampanın qiyməti 60 mindir. Bildiklərim bunlardır”- deyə, A. Məmmədov vurğulayıb.
Mürtəza
Gununsesi.info