Azad Rəhimovdan prezidentin göstərişinə əks “addım” - BƏZİ OLİMPİYA KOMPLEKSLƏRİN İNŞAASI DAYANDIRILDI

  • By admin
  • 23 Oktyabr 2017 15:02

2-41

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə “report”a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: “Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik”.

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: “Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır”.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev müşavirələrin birində gənclər və idman naziri Azad Rəhimova regionlarda Olimpiya komplekslərin inşaası işlərinin sürələndirilməsini tapşırmışdı.

Gununsesi.info