Azay Quliyev seçiciləri görüşüb - FOTOLAR

  • By admin
  • 25 Oktyabr 2016 18:10

secici

Millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, seçicilər məşğulluq, nəqliyyat, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən deputat Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.

Həmçinin görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

seciciqadin

Gununsesi.info